Şuşada SOCAR-ın YDM-i istifadəyə verilib

10:19 - 6.02.2025


6 fevral, Fineko/abc.az. Şuşa şəhərində “SOCAR” brendli ilk stasionar yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, yeni yanacaqdoldurma stansiyasının açılış mərasimində “SOCAR PETROLEUM” QSC-nin rəhbər heyəti və qonaqlar iştirak ediblər.

Tədbirdə xüsusən son illər ərzində görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb.

QSC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı fəaliyyətindən bəhs edilib. Həmçinin kollektivə yeni qoşulan əməkdaşlara fəaliyyətlərində uğurlar arzu olunub.