Azərbaycanın pul bazası azalıb - Hesabat

16:36 - 4.02.2025


4 fevral, Fineko/abc.az. 2025-ci ilin yanvar ayında Azərbaycanda pul bazası 792,4 milyon manat və ya 3,8% azalıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 31.01.2025-ci il tarixində pul bazası 20 milyard 124.1 milyon manat təşkil edib.

29.11.2024-cü il tarixində pul bazası 20 milyard 916.5 milyon manat təşkil etmişdi.

Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.