Kreml: BRICS-də ümumi valyutanın yaradılması barədə söhbət getmir

17:11 - 31.01.2025


31 yanvar, Fineko/abc.az. "BRICS-də ortaq bir valyuta yaratmaqdan söhbət getmir və getməyib".

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın BRICS valyutası ilə mübarizə ilə bağlı açıqlamasına cavab olaraq bildirib.

Peskovun sözlərinə görə,"BRICS-də üçüncü ölkələrə birgə investisiya qoymağa imkan verəcək yeni birgə investisiya platformalarının yaradılmasından danışırlar".