Qırğızıstan ilk Coin National Exchange dövlət kripto birjasını işə salır

12:05 - 31.01.2025


31 yanvar, Fineko/abc.az. Qırğızıstanda ilk dövlət kriptovalyuta birjası — Coin National Exchange rəsmi olaraq işə salındı.

ABC.AZ xəbər verir ki, bu şirkətin yeganə səhmdarı Qırğızıstan Respublikasının Maliyyə Nazirliyidir, Biybolot Mamıtov isə rəhbər təyin edilmişdir. Birjanın yaradılması üçün respublika büdcəsindən 100 milyon som (1 milyon 143 min 506 dollar) ayrılıb.

Birjanın yaradılmasının əsas məqsədi mövcud tendensiyalara uyğun olmaq və kriptovalyuta ticarəti üçün etibarlı bir platforma təmin etməkdir.

Platformada Bitcoin (BTC), Ethereum (ETH) və Tether (USDT) kimi ən populyar və etibarlı kriptovalyutalar təqdim olunacaq.