Taleh Kazımov Bank rəhbərləri ilə nəyi müzakirə edib?

11:30 - 31.01.2025


31 yanvar, Fineko/abc.az. Mərkəzi Bankda (AMB) yerli banklarla sektorun bu il üzrə hədəfləri müzakirə edilib.

ABC.AZ xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“2025-ci ilin sektorlar üzrə ilk görüşü ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri ilə baş tutub. Görüş zamanı bank sektoru üzrə 2024-cü ilin yekunları, inkişaf perspektivləri və çağırışlar ətrafında fikir mübadiləsi apardıq. Həmçinin son makroiqtisadi meyillər, cari il üzrə hədəflər və digər mühüm məsələləri müzakirə etdik”, – T. Kazımov qeyd edib.