Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb

11:58 - 30.01.2025


30 yanvar, Fineko/abc.az. 2024-cü ilin hesabatına əsasən, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.5% təşkil edib.

ABC.AZ xəbər verir ki, bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.3%-i və ya 37 mlrd. 696.6 mln. manat.

2024-cü ilin dekabr ayında bankların depozit portfeli 7.1% və ya 2 mlrd. 504.6 mln. manat artıb.

Depozit portfelinin 62.1%-i (23 mlrd. 397.5 mln. manat) hüquqi şəxslərin, 37.9%-i (14 mlrd. 299.1 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.