11:41 - 30.01.2025
30 yanvar, Fineko/abc.az. Bank sektorunda kredit portfelinin artımı cari ilin dekabr ayında da davam edib.
ABC.AZ xəbər verir ki, hesabat ayında bankların kredit portfeli 0.4% və ya 109.5 mln. manat artaraq 27 mlrd. 477.7 mln. manat olub. Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.8% (14 mlrd. 787.2 mln. manat);
ıı) istehlak kreditləri – 30.7% (8 mlrd. 445 mln. manat) və
ııı) ipoteka kreditləri – 15.5% (4 mlrd. 245.5 mln. manat).
Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4 mlrd. 294.7 mln. manat (o cümlədən, biznes kreditləri 2 mlrd. 170.4 mln. manat, istehlak kreditləri 1 mlrd. 508 mln. manat, ipoteka kreditləri 616 mlrd. 4 mln. manat) artıb.
18 Avqust 2026