Bir ayda 8,486 milyon manatlıq nağdsız əməliyyatlar olub

11:22 - 30.01.2025


30 yanvar, Fineko/abc.az. 2024-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,486 mln. manat təşkil edib.

ABC.AZ xəbər verir ki, həyata keçirilən nağdsız ödənişlərin 7,360 mln. manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 1,121 mln. manatı POS-terminallar, 3.7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64.2%-ni təşkil edib.