11:22 - 30.01.2025
30 yanvar, Fineko/abc.az. Rusiyanın paytaxtı Moskvada yeni çoxfunksiyalı Kobzon City (K-City) Mərkəzi yaradılacaq. 2028-ci ildə açılması planlaşdırılır. Obyekt müasir biznes mərkəzini və incəsənət məkanını birləşdirəcək ki, bu da ölkədə ilk belə klasterdir.
ABC.AZ xəbər verir ki, 18 mərtəbəli və təxminən 60 min kvadratmetr sahəsi olan bina Basmannıy rayonunda, "Baumanskaya" metro stansiyasının yaxınlığında yerləşəcək. Layihəyə qoyulan investisiyaların ümumi həcmi 10,5 milyard rubl təşkil edəcək.
Biznes mərkəzi Yaponiyanın Nikken Sekkei Bürosu və Çinin Line + Bürosu tərəfindən inşa ediləcək.
"Musiqi obrazları memarlıq konsepsiyasının əsasını təşkil edir. Fasadların xətləri səs dalğalarını, əsən küləyin çevirdiyi not dəftərini xatırladır", — Biznes Mərkəzinin təqdimatında deyilir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026