Bank sektorunda 25363 nəfər çalışır

10:44 - 30.01.2025


30 yanvar, Fineko/abc.az. 2024-cü ilin dekabr ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 144 nəfər artaraq 25 363 (ilin əvvəlindən 7.6% və ya 1 794 əməkdaş) nəfər təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, noyabr ayının sonuna bank işçilərinin sayı 25 219 nəfər olub.

31 dekabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 230 olub.