Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitin 244,9 milyon manatı bu istiqamətdə xərclənib

17:01 - 28.01.2025


28 yanvar, Fineko/abc.az. 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 245,2 milyon manat vəsaitin 244,9 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilib.

ABC.AZ xəbər verir ki, açılmış maliyyələşmənin 99,9 faizi müvafiq qurumlar tərəfindən icra edilmiş, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə, Xankəndi şəhərində abadlıq və bərpa-quruculuq işlərinin davam etdirilməsinə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması məqsədilə limanın genişləndirilməsinə, dini qurumlara maliyyə yardımının göstərilməsinə, Bakı şəhərində “Dini Liderlərin Qlobal Sammiti”nin təşkilinə və digər tədbirlərin icrasına sərf olunub.