Dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirləri əsasən bu yataqların hesabına təmin edilib

16:16 - 28.01.2025


28 yanvar, Fineko/abc.az Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olunmuş neft-qaz gəlirlərinin 49,0 faizi və 2341,0 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 37,1 faizi və ya 1774,5 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 13,9 faizi və ya 665,0 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi təşkil edir.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin ötən illə bağlı hesabatında öz əksini tapıb. Dövlət büdcəsinin xərcləri.

2024-cü il ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edildi.