10:01 - 28.01.2025
28 yanvar, Fineko/abc.az. Çinin xaricdə birbaşa qeyri-maliyyə investisiyalarının (FDI) ümumi həcmi 2024-cü ildə 10,5% artaraq 143,85 milyard dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Ticarət Nazirliyi məlumat verib.
"Kəmər və yol" boyunca yerləşən dövlətlərə pul yatırımlarının həcmi 5,4% artaraq 33,69 milyard dollara çatıb. Ötən il xaricə göndərilən işçilərin sayı 17,9% artaraq 409 min nəfərə çatıb. Nəticədə dekabrın sonunda 594 min Çinli işçi xaricdə çalışıb. Çin şirkətlərinin xaricdə həyata keçirdiyi müqavilə işlərinin həcmi 3,1% artaraq 165,97 milyard dollara çatıb.
2023-cü ilin yekunlarına görə, Çin FDI-lərinin ümumi həcmi 6% artıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026