15:08 - 24.01.2025
24 yanvar, Fineko/abc.az. “YouTube” xidməti “Premium” abunəçiləri üçün qısa videolar, təkmilləşdirilmiş səs və digər yenilikləri sınaqdan keçirir.
ABC.AZ xəbər verir ki, iOS istifadəçiləri “təsvir içində təsvir” funksiyası vasitəsilə “Shorts” videolarına baxa-baxa digər tətbiqlərə keçid edə biləcəklər.
Veb-versiyada isə indi süni intellekt xüsusiyyətlərindən istifadə edərək videonun ən populyar hissələrinə keçid etməyə mümkündür. Siz həmçinin “YouTube Premium” abunəliyini “Google One” bulud xidməti ilə birləşdirərək qiymətini azalda bilərsiniz.
10 Avqust 2026
10 Avqust 2026