Oxfam hesabatı: Britaniya İmperiyası Hindistanı təxminən 65 trilyon dollar dəyərində qarət edib

15:45 - 22.01.2025


22 yanvar, Fineko/abc.az. Britaniya İmperiyası Hindistanı təxminən 65 trilyon dollar dəyərində qarət edib.

ABC.AZ xəbər verir ki, bu, Oxfam-ın Davos İqtisadi Forumundakı hesabatından irəli gəlir.

1750-ci ildə hindlilər dünya mallarının təxminən 25%-ni istehsal edirdilər, lakin ingilislərin amansız talan etməsi nəticəsində 1900-cü ilə qədər bu rəqəm cəmi 2% təşkil edirdi.