Böyük Britaniya və Səudiyyə Ərəbistanı kritik faydalı qazıntıların tədarükünə dair saziş imzalayacaqlar

11:23 - 15.01.2025


15 yanvar, Fineko/abc.az. Böyük Britaniya və Səudiyyə Ərəbistanı bu həftə kritik minerallar üçün etibarlı təchizat zəncirlərinin hazırlanmasında tərəfdaşlıq sazişi imzalayacaqlar.

ABC.AZ xəbər verir ki, analoji müqavilələr Cənubi Afrika, Kanada, Avstraliya, Qazaxıstan, Monqolustan, Zambiya, Yaponiya və İndoneziya da daxil olmaqla bir sıra ölkələrlə imzalanmışdır.

Səudiyyə Ərəbistanı mədənçiliyi milli inkişafın üç sütunundan biri kimi təyin edir. Krallığın Sənaye və Mineral Ehtiyatlar Nazirliyi ölkənin mis, qızıl, nadir torpaq metalları, kalium və boksit ehtiyatlarının inkişafına sadiqliyini təsdiqləyir.