Spiegel: Şolts Ukrayna üçün yeni milyardlarla dollarlıq hərbi yardım paketini bloklayır

14:48 - 10.01.2025


10 yanvar, Fineko/abc.az. Almaniyanın xarici işlər naziri AnnaLena Berbok və müdafiə naziri Boris Pistorius Ukraynaya 3 milyard avro dəyərində yeni hərbi yardım paketi verməyi planlaşdırırdılar.

ABC.AZ xəbər verir ki, lakin, Spiegel mənbələrinə görə, Almaniya kansleri Olaf Şolts bu təşəbbüsə qarşı çıxıb.

Fevralın 23-nə planlaşdırılan hərbi yardımın göndərilməsinə üç əlavə IRIS-T döyüş sursatlı zenit batareyası, əlavə idarə olunan Patriot raketləri, on təkərli haubitsa və əlavə artilleriya sursatı daxil edilməli idi.