10:22 - 10.01.2025
10 yanvar, Fineko/abc.az. Shell, Meksika körfəzindəki gündə 100.000 barel neft ekvivalentinin ən yüksək hasilat səviyyəsinə çatması gözlənilən Whale üzən obyektdə hasilata başlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.
Ehtimal olunur ki, yataqda 480 milyon barel hasilan oluna bilən neft ekvivalenti var. Bu yataq, 2023-cü ildə fəaliyyətə başlayan Vito platforması da daxil olmaqla, Shell-in digər inkişaflarına yaxın sularda yerləşir. Whale operator olan Shell-ə 60%, Chevron Corp isə 40% sahibdir.
Shell xəbər verir ki, 2017-ci ildə açılan Whale yatağından istixana qazı emissiyalarının daha səmərəli turbin və sıxılma sistemlərinin istifadəsi sayəsində Vito-dan təxminən 30% aşağı olacağı gözlənilir.