Malı geri qaytarmayan “Optimal Elektronika” barədə iş qaldırıldı 0

16:03 - 9.01.2025


9 yanvar, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Optimal Elektronika”  MMC qüsurlu malın dəyişdirilməsi və ya qaytarılmasından imtinaya görə barəsində protokol tərtib edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2024-cü ilin yanvar – dekabr ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumatında bildirilir. Məlumata görə, şirkətin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 7-ci maddəyə uyğun pozuntu etdiyi aşkar edilib. Həmin qanun 7-ci maddəsinə görə, satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.

Bildirilir ki, “Optimal Elektronika” barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Həmin maddəyə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə – inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.