11:50 - 24.12.2024
24 dekabr, Fineko/abc.az. İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif regionda sabitliyin bərqərar olması və regional oyunçular arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün Yaxın Şərqdə müsəlman Qərbi Asiya dialoqu Assosiasiyası (MWADA) adlı yeni strukturun yaradılmasını təklif edib.
ABC.AZ xəbər verir ki, İranlı siyasətçinin fikrincə, yeni təşəbbüs Yaxın Şərqdəki bütün müsəlman ölkələrini - Bəhreyn, Misir, İran, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə, BƏƏ və Yəməni ortaq dinə, kollektiv təhlükəsizliyə və müdaxilə etməmək prinsipinə əsaslanan bir platformada birləşdirməlidir.
İranın vitse-prezidentinin qeyd etdiyi kimi, MWADA əsas prioriteti, Qəzza zolağında, Livanda, Suriyada, Yəməndə baş verən bütün böhranların həlli və regiondan kənar oyunçuların kənar müdaxiləsinə qarşı əks təsir olmalıdır.
8 Avqust 2026
8 Avqust 2026