16:46 - 23.12.2024
23 dekabr, Fineko/abc.az. Çinli tədqiqatçılar, şaquli ətalət qüvvələrini aradan qaldırılması hesabına yükün hiss olunan çəkisini azalda bilən bel çantası hazırlayıblar.
ABC.AZ xəbər verir ki, xarici enerji təchizatı olmadan işləyən bel çantası, yükü sabitləşdirmək və istifadəçinin hərəkətlərinə uyğunlaşmaq üçün yaylar, fırlanan millər və elektromaqnit ötürücüsü sistemindən istifadə edir.
Təcrübələr göstərib ki, konstruksiya insanın enerji istehlakını 11% azaldır və yükün şaquli yerdəyişməsini 85% azaldır və daşımağı daha rahat edir. Alimlər ixtiranı kommersiyalaşdırmağı planlaşdırırlar.
8 Avqust 2026
8 Avqust 2026