17:13 - 4.09.2018
4 sentyabr, Fineko/abc.az. 2018-ci ilin avqust ayında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları iyul ilə müqayisədə 43,4 milyon dollar və ya 0,78% azalıb.
AMB-in məlumatına əsasən, valyuta ehtiyatları 2018-ci ilin 1 sentyabr tarixinə 5503,5 milyon dollar təşkil edir, 1 avqust tarixində isə bu göstərici 5546,9 milyon dollar təşkil edib.
“Valyuta ehtiyatları iyulun 1-də 5512,7 milyon dollar, iyunun 1-də 5471,4 milyon dollar, mayın 1-də 5465,8 milyon dollar, aprelin 1-də 5508,0 milyon dollar, martın 1-də 5387,3 milyon dollar,
fevralın 1-də 5381,2 milyon dollar, yanvarın 1-də isə 5334,6 milyon dollar təşkil edib”, - AMB-dan verilən məlumatda belə deyilir.
Beləliklə, 2018-ci ilin yanvar-avqust aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 168,9 milyon dollar, və ya 3,16% artıb.
2017-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artıb.