Ölkədən kərə yağı idxalına görə 152 milyon dollar valyuta çıxıb

15:27 - 18.12.2024


18 dekabr, Fineko/abc.az. 2024-cü ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycana 151 milyon 558 min dollar dəyərində 26 403 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. 

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin ilk 11 ayı ərzində Azərbaycana 83 milyon 505 min dollar dəyərində 14 916 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Beləliklə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsilə 77%, dəyər ifadəsilə 81.5% artıb.