14:12 - 18.12.2024
18 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-noyabr aylarında Azərbaycana 600 milyon 760 min dollar dəyərində 22 min 654 ədəd hibrid avtomobilləri idxal olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalı dəyər ifadəsi ilə 268 milyon 392 min dollar və ya 80,8%, miqdar ifadəsi ilə 9 min 905 ədəd və ya 77,7% artıb.
Ötən ilin eyni dövründə xaricdən 332 milyon 367 min dollar dəyərində 12 min 749 ədəd hibrid avtomobili gətirilmişdi.
1 ədəd hibrid avtomobilinin orta idxal qiyməti 2024-cü ilin 11 ayının nəticələrinə görə orta hesabla 26 min 519 dollar (45 min 82 manat) olub ki, bu da son bir ildə 449 dollar (763 manat) və ya 1,7% bahalaşma deməkdir.
2023-cü ilin yanvar-noyabr aylarında isə 1 ədəd hibrid avtomobilinin orta idxal qiyməti 26 min 70 dollar (44 min 319 manat) olub.
14 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026