11:08 - 17.12.2024
17 dekabr, Fineko/abc.az. Mərkəzi Bank rəqəmsal valyutanın hazırlanması istiqamətində iş aparır.
ABC.AZ xəbər verir ki, bunu maliyyə texnologiyalarına dair məlumatlılıq savadlılığının artırılması təlimində Mərkəzi Bankın Xüsusi tənzimləmə rejimi şöbəsinin rəhbəri Sahib Həsənov deyib.
Onun sözlərinə görə, hazırda 100-dən artıq ölkə bu istiqamətdə iş aparır.
"Yəqin ki, biz rəqəmsal valyutanı tətbiq etsək 1 manat 1 rəqəmsal valyutaya bərabər olmalıdır. Biz hazırda bunu təhlil edirik. Həmin rəqəmsal valyutanın təsirlərini bilmirik, ona görə də başqa ölkələrin təcrübəsini öyrənirik, yaxından izləyirik. Əsasən Qazaxıstan təcrübəsini nəzərdən keçiririk. Görürük ki, müsbət nəticə var və ona görə də bunun tətbiqini araşdırırıq. Təbii ki, mənfi nəticələr də var. Məsələn, Nigeriya təcrübəsi uğursuzdur. Biz tələsmək istəmirik. İstəyirik tətbiq etdiyimiz rəqəmsal valyutamızın maliyyə sektoruna müsbət təsiri olsun" -deyə S.Həsənov bildirib.
Müəllif: Elmir Murad