Qırğızıstanın Baş naziri A.Japarov vəzifəsindən azad edilib

10:46 - 16.12.2024


16 dekabr, Fineko/abc.az. Qırğızıstanın Baş naziri Akılbek Japarov vəzifəsindən azad edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Prezident Administrasiyasındakı mənbələr məlumat verib.

"Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov tutduğu vəzifədən azad edilib", - deyə mənbə bildirib.

Prezidentin mətbuat xidməti daha sonra rəsmi məlumat verəcəyini söz verib.

Bəzi Qırğızıstan mediası Japarovun ərizə yazaraq öz istəyi ilə getdiyini bildirir.