Azərbaycanda çipsi şirkətinin xalis mənfəəti 30 faizdən çox azalıb

11:33 - 4.12.2024


4 dekabr, Fineko/abc.az. "The Snack Company" Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

ABC.AZ xəbər verir ki, şirkət 2023-ci ildə 21 milyon 667 min manat əsas əməliyyat gəliri əldə edib.

Bu gəlirlər illik müqayisədə 3 milyon 846 min manat və ya 21,6% çoxdur.

Satışın maya dəyəri isə 19 milyon 268 min manat olub ki, bu da son bir ildə 4 milyon 514 min manat ( 30,6%) çoxdur.

Bununla da, şirkətin ümumi mənfəəti 2 milyon 398 min manat təşkil edib.  Lakin 2022-ci ildə 3 milyon 68 min manat mənfəət əldə etmişdi. Bu da illik müqayisədə 669 min manat, başqa sözlə 21,8% azdır.

"The Snack Company" MMC-nin maliyyə gəlirləri bu dövrdə 74,6 min manat, maliyyə xərcləri isə 91 min manata yaxın olub.

2023-cü ili çipsi şirkəti 150,1 min manat mənfəət vergisi ödənişindən sonra  2 milyon 121 min manat xalis mənfəətlə baş vurub. 2022-ci ili isə 3 milyon 45 min manat mənfəətlə yekunlaşdırmışdı. Mənfəət vergisi ödəmələri 128,6 min manat (7 dəfə) artıb, Xalis mənfəət isə 924 min manat (30,3%) azalıb.