Azərbaycanın strateji valyuta ehtiyatları 9 ayda 7.3% artıb

14:44 - 3.12.2024


3 dekabr, Fineko/abc.az. Bu il Azərbaycanın strateji valyuta ehtiyatları 9 ayda 7.3% artaraq sentyabr ayının sonunda 73.5 mlrd. ABŞ dollarına bərabər olub.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"nda öz əksini tapıb.

Məlumata görə Mərkəzi Bankın valyuta ehtiyatları bu dövrdə 1.6% artımla 11.8 mlrd. ABŞ dollarına çatıb.

Dövr ərzində ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib.

2024-cü ilin sentyabr ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 35.5 aylıq mal və xidmət idxalına kifayət edib (2024-cü ilin I yarısı üzrə mal və xidmət idxalı götürülməklə). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3.5 dəfə üstələyib (01.10.2024 tarixinə olan M2 pul aqreqatı götürülməklə).