“Nissan” şirkətinin gələcəyi qeyri-müəyyən görsənir - “Financial Times”

12:07 - 29.11.2024


29 noyabr, Fineko/abc.az. “Nissan” şirkətində vəziyyət getdikcə dərinləşir.

ABC.AZ xəbər verir ki, şirkətdəki çətinliklər barədə “Financial Times”da dərc edilmiş məqalədə qeyd edilib.

Qəzetdəki məqalədə bildirilir ki, şirkətin yeni hesabatı “Nissan”ın gələcəyinin qeyri-müəyyən olduğunu göstərir.

Belə ki, dilerlər avtomobilləri zərərlə satırlar, istehsal azalır, bu yaxınlarda minlərlə işçi ixtisar olunub, eyni zamanda şirkət “Mitsubishi”dəki payının üçdə birini satıb,

Qəzet yazır ki, “şirkətin sağ qalmaq üçün 12-14 ay” vaxtı var. “FT” həm Yaponiya, həm də ABŞ-dən vəsait əldə etməyin zəruriliyini vurğulayaraq, “Nissan”ın qarşılaşdığı çətinliklərə xüsusi diqqət yetirməli olduğunu qeyd edib.

Məlumata görə, “Nissan” “Renault”un şirkətdəki payının bir hissəsini əvəz etmək üçün böyük bank və ya sığorta qrupu kimi yeni uzunmüddətli investor axtarır.

Şirkət həmçinin, uzun müddətdir rəqibi olan “Honda”nın səhmlərin əksəriyyətini ələ keçirməsi ehtimalını istisna etməyib və qeyd edib ki, “bütün seçimlər” masadadır.

Müəllif: Elmir Murad