17:22 - 26.11.2024
26 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 8 milyard 462,31 milyon kubmetr təbii qaz ixrac edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2023-cü ilin ilk 9 ayı ilə müqayisədə 1,7% azdır.
Bu ilin sentyabr ayında Azərbaycan Türkiyəyə 1 milyard 35,29 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 16,52% azdır.
Bununla da sentyabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 30,65%-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Türkiyə Azərbaycandan 888,52 milyon kubmetr təbii qaz idxal edib.
17 Avqust 2026
15 Avqust 2026