10:12 - 25.11.2024
25 noyabr, Fineko/abc.az. İran İraqa qaz ixracını müvəqqəti dayandırıb. Bu, Bağdadda, İraqın cənubunda və mərkəzində elektrik enerjisi istehsalını xeyli azaldıb.
ABC.AZ xəbər verir ki, "İran tərəfi bizə bildirdi ki, ixrac qaz boru kəmərlərinin yenidən qurulması səbəbindən qaz ixracını 15 gün dayandırıblar və nəticədə Milli Elektrik Şəbəkəsi 5 500 meqavat elektrik enerjisini itirib", - deyə İraqın Energetika Nazirliyinin nümayəndəsi Əhməd Musa bildirib.
Ə.Musanın sözlərinə görə, dayanma bəzi İraq elektrik stansiyalarında aparılan təmir işləri ilə üst-üstə düşür və nəticədə elektrik enerjisi istehsalı 15.000 meqavatdan az olub.