Neft ucuzlaşır, Brent bir barelə $74,66 təşkil edir

09:25 - 25.11.2024


25 noyabr, Fineko/abc.az. Etalon markaların qiyməti ötən həftənin sonunda artdıqdan sonra bazar ertəsi keçirilən hərracda azalır.

Brent markalı neftin yanvar fyuçersi ICE Futures birjasında saat 09:20-də $0,51 (0,68%), bir barelə $74,66-a düşüb. Noyabrın 22-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $0,94 (1,27%) artaraq bir barelə $75,17-a çatıb.

Saat 09:20-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,51 (0,72%) azalaraq bir barelə $70,73-a düşüb. 22 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $1,14 (1,63%) artaraq bir barel üçün $71,24-a yüksəlib.

Ötən həftə Brent markalı neft 5,81%, WTI nefti isə 6,46% bahalaşıb.