14:25 - 21.11.2024
21 noyabr, Fineko/abc.az. “Qobustan” Günəş Elektrik Stansiyasının 2026-cı ildə istismara verilməsi gözlənilir.
ABC.AZ xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sədri Cavid Abdullayev jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanda ilk bərpa olunan enerji hərracında iştirak üçün 130-dan çox şirkətə dəvət göndərilmişdi. Hərrac prosesi iki mərhələdən ibarət olub. Bu, ümumilikdə 6 saat davam edib və nəticədə “Universal International Holdings Limited” şirkəti qalib gələrək, “Qobustan” Günəş Elektrik Stansiyasını tikmək hüququ qazanıb. Bu stansiya 100 meqavat gücündə olacaq”, – o vurğulayıb.
C. Abdullayev əlavə edib ki, 20-25 gün ərzində müqavilələr tam yekunlaşacaq və elektrik stansiyasının daha dəqiq istismara verilmə tarixi məlum olacaq.