ACWA Power Özbəkistanda 2 GVT enerji saxlama sistemləri quracaq

16:22 - 20.11.2024


20 noyabr, Fineko/abc.az. COP-29 konfransı çərçivəsində Özbəkistan Energetika Nazirliyi ilə ACWA Power Səudiyyə Ərəbistanı şirkəti arasında ümumi gücü 2 GVT / saat olan elektrik enerjisi saxlama sistemlərinin tikintisi barədə saziş imzalanıb.

ABC.AZ xəbər verir ki, layihə çərçivəsində bütün respublikada enerji sistemi ilə bağlı araşdırmalar aparılacaq və nəticələrə əsasən elektrik enerjisi saxlama sistemlərinin mərhələli şəkildə tətbiq ediləcəyi bölgələr seçiləcək.

İlkin hesablamalara görə, layihənin ümumi dəyəri 1,1 milyard dollardır.