15:44 - 19.11.2024
19 noyabr, Fineko/abc.az. İranın neft terminalları şirkəti Xərqq adasında neft ixracı üçün infrastrukturun yaxşılaşdırılması üzrə yeni layihələr həyata keçirir.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin rəhbəri Abbas Əsədruz bildirib.
O, adada ixrac infrastrukturunun gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayaraq, adanın qərb körpüsünün təmiri və yenidən qurulmasının ölkədən neft ixracının inkişafında böyük addım olduğunu qeyd edib.
Abbas Əsədruzun sözlərinə görə, sözügedən körpünün yenidən qurulması nəinki təhlükəsizliyi, məhsuldarlığı və səmərəliliyi artıracaq, həm də ölkənin neft ixrac infrastrukturunu dəyişdirəcək.
Layihənin yaxın gələcəkdə həyata keçirilməsi ilə Qərb limanının istehsal gücü əhəmiyyətli dərəcədə artacaq. Neft ixracı obyektləri yeni strateji imkanların yaradılmasına daha yaxşı hazır olacaq.
Xatırladaq ki, Xərq İranın cənubundakı Fars körfəzindəki kontinental adadır. Ada İran sahillərindən 25 km (16 mil) və Hörmüz boğazından 483 km (300 mil) şimal-qərbdə yerləşir.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026