11:27 - 19.11.2024
19 noyabr, Fineko/abc.az. Bu il Azərbaycanda neft hasilatı 29,2 milyon ton təşkil edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, ötən illə müqayisədə 3% azalma deməkdir.
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft hasilatı 2023-cü ilin eyni dövrünə nisbətən 3,7% az – 24,15 milyon ton təşkil edib.
Ötən il isə ölkədə əvvəlki illə müqayisədə 7,5% az – 30,2 milyon ton neft hasil edilib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026