11:14 - 19.11.2024
19 noyabr, Fineko/abc.az. Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.
O bildirib ki, amma hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib: “Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir”. (APA)