16:29 - 18.11.2024
18 noyabr, Fineko/abc.az. Azərbaycan 2024-cü ilin sentyabrında daha 3 954 kiloqram həcmində qızıl alıb və son 6 ay ərzində qiymətli metalın idxalını dayanmadan artırıb.
ABC.AZ xəbər verir ki, buna görə ölkəni 324.63 mln. ABŞ dolları həcmində valyuta tərk edib.
Ölkə cari ildə qızılı bu şəkildə idxal etməyə başlayıb hansı ki, bu, qızılın dünya birjalarındakı bahalaşma rallisindən cəmi bir ay sonradır. Qiymətli metal cari ilin martına qədər unsiya üçün 2000 dollar təşkil etsə də, inkişaf etmiş ölkələrin mərkəzi banklarının son iki ildəki faiz artımını dayandırmaqla, əks həmləyə keçməsindən və qlobal miqyasda geosiyasi risklərin qeyri-müəyyənliyi səbəbindən bahalaşıb və tarixi zirvələr olan 2700 üzərinə qalxıb.
24 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026