Rusiya Türkiyədən quş əti və yumurta idxalına məhdudiyyətlər qoyub

17:30 - 14.11.2024


14 noyabr, Fineko/abc.az. Rusiya 12 noyabr 2024-cü il tarixindən etibarən Türkiyənin Konya əyaləti inzibati ərazisindən quş əti və qida yumurtalarının idxalına müvəqqəti məhdudiyyətlər qoyub. 

ABC.AZ xəbər verir ki, müvafiq sənəd “Rosselxoznadzor”un saytında dərc edilmişdir.

"Türkiyə ərazisində yüksək patogenli quş qripi viruslarına yoluxma ilə bağlı epizootik vəziyyətin pisləşməsi ilə əlaqədar 12 noyabr 2024-cü il tarixindən etibarən Türkiyənin inzibati ərazisi -   Konya əyalətindən Rusiya Federasiyasına aşağıdakı məhsulların idxalına müvəqqəti məhdudiyyətlər qoyulur: Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının quru heyvan sağlamlığı Kodeksinin müddəalarına əsasən, quş əti, quş ətindən hazırlanmış ət məhsulları və quş qripi viruslarının məhv edilməsini təmin edən işlənməyə məruz qalan mallar istisna olmaqla, quşçuluq emalı məhsullarını ehtiva edən hər növ quşçuluq məhsulları", - sənəddə belə deyilir.