Neft ucuzlaşır, Brent bir barel üçün $72,28 təşkil edir

09:00 - 14.11.2024


14 noyabr, Fineko/abc.az. Cümə axşamı hərracda etalon markalı neftin qiyməti aşağı düşür.

Brent markalı neftin yanvar ayı üçün ICE Futures birjasında qiyməti saat 08:55-də $0,23 (0,32%) azalaraq bir barel üçün $72,05-a düşüb. Noyabrın 13 - də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $0,39 (0,57%) artaraq bir barel üçün $72,28-a çatıb.

Saat 08:55-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti $0,29 (0,42%) azalaraq bir barel üçün $68,14-a düşüb. Noyabrın 13 - də aparılan hərracların nəticələrinə görə, WTI neftinin dekabr fyuçersləri $0,31 (0,46%) artaraq bir barel üçün $68,43-a çatıb.

Ötən həftənin nəticələrinə görə (4-8 noyabr) Brent markalı neft 1,05%, WTI neft isə 1,28% bahalaşıb. Bu həftə ərzində Brent markalı neft artıq 2,46%, WTI nefti isə 3,18% ucuzlaşıb.