16:05 - 7.11.2024
7 noyabr, Fineko/abc.az. Avropada qışda qaz təchizatı ilə bağlı problemlərə hazırlaşırlar.
ABC.AZ xəbər verir ki, bu barədə Financial Times (FT) yazır.
Bir sıra risklər bu il Ukrayna ilə Rusiya arasında qaz tranziti müqaviləsinin sona çatması ilə bağlıdır. Nəşr qeyd edir ki, Ukrayna üzərindən Aİ-yə illik qaz idxalının təxminən 5%-i daxil olur. FT-nin məlumatına görə, həmçinin ehtimal var ki, Avropa ölkələri qazın bir hissəsini Ukraynaya göndərməli olacaqlar.
Bundan əlavə, bu il Avropada qışın əvvəlki iki ilə nisbətən daha soyuq olacağı gözlənilir.
Eyni zamanda, ölkələrin qaz xərclərini müəyyənləşdirən onun anbardakı ehtiyatlarıdır. Gələn il artan qiymətə nə qədər qaz almalı olacağını məhz bu göstərici müəyyən edəcək.
İndi bu qışın sonuna qədər anbarların 45-55% dolu olacağı gözlənilir.