16:00 - 6.11.2024
6 noyabr, Fineko/abc.az. Novak vurğulayıb ki, Ukrayna enerji resurslarının tədarükü üçün etibarsız tranzit olaraq qalsa da, Rusiya Avropaya qaz tədarükünü davam etdirməyə hazırdır.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, ucuz və ekoloji cəhətdən təmiz enerji ehtiyatına ehtiyacı olan ölkələr üçün mövcud vəziyyət istehlakçılar və tranzit tərəf səviyyəsində razılaşmalar tələb edir.
Novak qeyd edib ki, gələcək əməkdaşlıq Avropa ölkələri ilə Ukrayna arasında yaxın vaxtlarda əldə ediləcək razılaşmalardan asılıdır.
12 Avqust 2026