17:29 - 29.10.2024
29 oktyabr, Fineko/abc.az. BP-nin üçüncü rübdə mənfəəti 30 faiz azalaraq 2,3 milyard dollar olub.
ABC.AZ xəbər verir ki, bu nəticə dörd il ərzində qeydə alınan ən aşağı səviyyədir.
Bildirilib ki, mənfəətin azalması qlobal iqtisadi fəaliyyətin yavaşlaması ilə əlaqədardır.
Şirkətin xalis mənfəəti üçüncü rübdə 2,27 milyard dollar olub. Bu göstərici əvvəlki rübdə 2,8 milyard dollar, ötən ilin eyni dövründə isə 3,3 milyard dollar səviyyəsində olub. (Azərtac)