11:16 - 24.10.2024
24 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4,9 milyard manatdan çox vəsait daxil olub.
ABC.AZ xəbər verir ki, bu 2023-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 4,8 faiz çoxdur.
Komitənin göstəricilərinə əsasən, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 1,55 milyard, ƏDV üzrə - 3,19 milyard manat, aksizlər üzrə - 148,8 milyon manat, yol vergisi üzrə isə 30,6 milyon manat təşkil edib.
12 Avqust 2026