16:42 - 22.10.2024
22 oktyabr, Fineko/abc.az. SOCAR 2026-cı ilə qədər İsveçrədə 100 sürətli akkumulyator cihazını yaymağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, hazırda şirkət əsasən avtomobil yollarında və Sürix şəhərinin daha geniş ərazilərində 20 sürətli enerjidoldurma qurğusundan istifadə edir.
Yaşıl hidrogen istehsalı zavodunun tikintisi layihəsi çərçivəsində “Alpiq”, “EW Hofe” və “SOCAR Energy Switzerland” konsorsiumu “Freinbax” bələdiyyəsində gücü 10 meqavata qədər olan elektroliz zavodunun inşa edilməsi planlaşdırılıb.
Ümumilikdə isə 2025-ci ildə başlanacaq tikintinin sonunda zavodun tam genişləndirilməsi nəticəsində ildə 1-1,2 min tona qədər yaşıl hidrogen istehsalı planlaşdırılır. Hasil edilmiş hidrogenin boru kəməri vasitəsilə “Fuksberq” şosesində qurulacaq SOCAR-ın yanacaqdoldurma stansiyalarına daşınması təmin olunacaq.
21 Avqust 2026