16:22 - 22.10.2024
22 oktyabr, Fineko/abc.az. 2023-cü il üzrə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycanda fəaliyyət sahələrinə görə 18 bədbəxt hadisə qeydə alınıb.
ABC.AZ SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ildə qeydə alınan bədbəxt hadisələrin sayı ilə müqayisədə 1 vahid çoxdur.
Qeyd edək ki, 2022-ci ildə SOCAR-ın Azərbaycanda fəaliyyət sahələrinə görə 17 bədbəxt hadisə qeydə alınıb. 2021-ci ildə isə bu rəqəm 12 olub.
Qeydə alınan 18 bədbəxt hadisədən 2-i ölümlə nəticələnib.
21 Avqust 2026