16:54 - 21.10.2024
21 oktyabr, Fineko/abc.az. Qırğızıstanda "Şimali Sox" və "Çonqara-Qalça" yataqlarında neft hasilatına başlanılıb.
ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bu ilin sonunadək obyektdə 20 quyunun işə salınması planlaşdırılır.
Bundan əlavə, qurumda qeyd edilib ki, Batken vilayətinin Kadamjay rayonunda gündə 500 ton tutumlu Neft Emalı Zavodunun tikintisi başa çatır. Neft hasilatının və emalının başlanması ilə 350-400 iş yeri yaradılacaq. İnvestisiyaların ümumi həcmi 90 milyon dollardır.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026