Neft bahalaşır, Brent barel başına $73,37 təşkil edir

10:03 - 21.10.2024


21 oktyabr, Fineko/abc.az. Ötən həftənin nəticələrinə görə kəskin azalmadan sonra bazar ertəsi ticarətdə neftin etalon markalarının qiyməti yüksəlir.

Brent markalı neftin dekabr fyuçersi ICE Futures birjasında saat 09:45-də $0,31 (0,42%) artaraq bir barel üçün $73,37-a yüksəlib. Oktyabrın 18-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $1,39 (1,87%) ucuzlaşaraq bir barelə $73,06-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçersləri saat 09:45-də $0,39 (0,57%) artaraq bir barel üçün $69,08-a yüksəlib. Oktyabrın 18-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $1,45 (2,05%) ucuzlaşaraq bir barelə $69,22-a düşüb.

Ötən həftə Brent markalı neft 7,57%, WTI nefti isə 8,39% ucuzlaşıb.