Bu il Azərbaycan 18 milyon tona yaxın neft-kondensat ixrac edib

12:24 - 14.10.2024


14 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 21,6 milyon ton, ixracı isə 17,9 milyon ton olub.

ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir əlavə edib ki, bu dövrdə 1,1 milyard kubmetr artımla hasil edilmiş 37,1 milyard kubmetr təbii qazın isə 18,4 milyard kubmetri ixrac olunub.

Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.