8 ay ərzində Çində 182 GVT quraşdırılmış BOEM gücü əlavə edilib

11:42 - 10.10.2024


10 oktyabr, Fineko/abc.az. Yanvar-avqust aylarında Çində 182 milyon kVt yeni Bərpa Olunan Enerji Mənbələri quraşdırılıb.

ABC.AZ xəbər verir ki, bu, ölkədə quraşdırılmış yeni güclərin 86,5%-ni təşkil edir.

Ölkədə bərpa olunan enerji istehsalı 2,2 trilyon kVt/saat, ümumi elektrik istehsalının təxminən 35,7%-ni təşkil edib.